ÖZ BORCUNDAN ÇIXMAQ
ÖZ GÖBƏYİNİ ÖZÜ KƏSMƏK
OBASTAN VİKİ
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] == Erkən həyat və təhsil == Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Hərənin öz payı+tayı
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Məni öz adınla çağır (film)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüsserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüsserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüsser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Hərənin öz payı+tayı (film, 2006)
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Məni öz adınla çağır (film, 2017)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüsserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüsserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüsser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Məni öz adınla çağır (film musiqisi)
Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. == Hazırlanması == Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir. Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi. O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır. Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi. Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur. Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır.Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür. Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir. Stiven səs rolundan imtina etsə də, film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon" və "Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası. Musiqiləri yazarkən Stivens, ssenari, kitab və rejissorla personajlar haqqında müzakirələrindən ilhamlanmışdır.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur.Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır.Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır. == Obraz incəsənətdə == Emilio Dzoççi 1861-ci ildə “Gənc Mikelancelonun “Favnın başı”nı yonması” adlı mərmər heykəl işləmişdir.
Layın başı
Layın başı – (rus. голова пласта, ing. outcrop, head of bed) bila­vasitə səthi açılan və eləcə də ca­van çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.Çəkilişlər Bakıda, Qusar rayonunda, “Şahdağ” turistik mərkəzində və Qoridə (Gürcüstan) İosif Stalinin muzeyində baş tutmuşdur.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.
Frans Kafkanın başı
Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır. Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. == Həmçinin bax == Metalmarfoz == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Frans Kafkanın başı ilə əlaqəli mediafayllar var.
Professor Douelin başı
"Professor Douelin başı" — Rus fantast yazıçı Aleksandr Belyayevin olduqca məşhur elmi-fantastik romanlarından biridir. Əsərin ilkin variantı "Fəhlə qəzeti"ndə 1925-ci ildə hekayə formasında dərc edilmişdir. Roman ilk dəfə elə həmin ildə "Vsemirnıy sledopıt" (Az. "Ümumdünya ləpirçisi") jurnalında dərc edilir. Xəstəlik səbəbindən tamamilə hərəkət qabiliyyətini itirmiş Belyayev onu avtobioqrafik hekayə adlandırmış, "bədənsiz başın nə hiss etdiyni" demək istəmişdir. == Yazılma tarixi == 1923-1928-ci illərdə Aleksandr Belyayev Moskvada yaşamış və poçt-teleqraf xalq komissarlığında hüquq məsləhətçisi kimi çalışmışdır. Yaradıcılığının moskva dövründə o "Professor Douelin başı" hekayəsini (sonralar romanı), "Həlak olmuş gəmilər adası", "Atlantidadan gəlmiş sonuncu adam", "Amfibiya-adam", "Efirdə mübarizə" romanlarını və hekayələr silsiləsini qələmə alır. "Professor Douelin başı" əsəri ilk dəfə 1925-ci il 16-21, 24-26 iyun saylarında (1 hekayə) "Fəhlə qəzeti"ndə, 1925-ci il "Ümumdünya ləpirçisi" jurnalının 3-4-cü saylarında çap edilmişdir. == Süjet == Parisli professor-xirurq Kern gizli şəkildə insan başının cana gətirilməsi istiqamətində uğurlu işlər görür. Onun şəxsi klinikasına assistent kimi çalışan Mari Loran təsadüfən öyrənir ki, Kern araşdırmalarındakı uğurlarını keçmiş rəhbəri olmuş, şübhəli şəraitdə vəfat etmiş, məşhur professor Douelin cana gətirilmiş başına borcludur.
Təpə Başı (Xoy)
Təpə Başı (fars. تپه باشي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər. yaşayır (111 ailə).
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Banya Başı məscidi
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid. Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir. == Tarixi == Tikintisi 1567-ci ildə tamamlanan Banya Başı Avropanın ən qədim məscidlərindən biridir. Məscid öz adını hərfi mənada “hamamdan əvvəl” mənasını verən Banya Başi ifadəsindən alıb. Məscidin ən görkəmli xüsusiyyəti onun əslində təbii termal spa üzərində inşa edilməsidir.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Persey Meduzanın başı ilə
Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır. Pyedestal predella kimi Persey və Andromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq Mikelancelonun “David”i, Bandinellinin “Herakl və Kakus”u və Donatellonun “Yudif və Holofernes”i bəzəyirdi.Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır. İnsanları daşa çevirən Meduzanın tunc heykəli ətrafında üç daş heykəl – David, Herakl və Neptunun heykəlləri yerləşir.
змеебо́рец легкове́р ломови́к набатра́чить самоопыле́ние стаффа́жный взла́мывать дверь дожи́ночный птицево́дство укро́пный чужея́дный катакомба cat's-eye courtyard cutaway flat end Genoese nickeliferous normalization terceroon trial and error method затаиться папирус постигнуть